ABŞ-ın birinci xanımı Mişel Obamanın paltarlarını tikən modelyer Sofi Telle yeni birinci ledi Melaniya Trampla işləməyəcək.
O, bununla bağlı "Twitter” hesabında açıq məktub paylaşıb:
"Mən növbəti birinci xanımı ilə əməkdaşlıq etmək və ya hər hansı şəkildə paltar tikmək istəmirəm. Seçkiqabağı kampaniya zamanı onun həyat yoldaşının çıxışında etdiyi irqçilik, ksenofobiya və seksizm həyatda əsas tutduğumuz dəyərlərə uyğun ritorika deyil”.
Sofi Telle, həmçinin bütün həmkarlarını Melaniya Trampla işləməməyə çağırıb.