Prezidentin cəbhəyanı bölgələrə səfərinin yaratdığı ruh yüksəkliyi üstünlüyümüzü daha da artıracaq”

Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın cəbhə bölgəsinə səfəri, orada sakinlərlə yaxından təması Azərbaycan dövlətinin daim öz vətəndaşının yanında olmasının növbəti bariz nümunəsidir.

Sabahinfo.az xəbər verir ki, bunuGün.Az-a açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədriƏflatun Amaşovdeyib.

Onun sözlərinə görə, dövlət başçısı və xanımının şəxsində belə həssaslıq nümunələri həm xoş ovqat, həm də əminlik yaradır:

"Onların həssas münasibəti ümumən Dağlıq Qarabağ münaqişəsinin bizim üçün önəmini dünya ictimaiyyətinə bəyan edən mesajdır”.

Ə.Amaşov bildirib ki, cəbhə xəttində intensiv hərbi əməliyyatların getdiyi bir şəraitdə Azərbaycanda cəmiyyətlə dövlət arasındakı bağın möhkəmliyinin əyani şahidi olduq:

"Beynəlxalq ictimaiyyət də bu reallığı gördü. Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı ən vacib məqam elə budur.

Dövlət-cəmiyyət oxunun vahid hədəfi bizə olduqca böyük üstünlük verir.

Hesab edirəm ki, cənab Prezidentin və xanımının cəbhəyanı bölgələrə səfərinin yaratdığı ruh yüksəkliyi üstünyümüzü daha da artıracaq”.