Rusiya prezidenti Vladimir Putin deputatlarla bağlı yeni sənəd imzalayıb.
AzNews.azRusiya KİV-lərinə istinadən xəbər verir ki, sənədə əsasən, 30 gün Dövlət Dumasında iştirak etməyən və seçicilərlə əlaqəni itirən deputatlar mandatdan məhrum edilə bilər. Müvafiq sənəd Hüquqi İnformasiya rəsmi internet portalında yerləşdirilib.
Qanunla Dövlət Dumasının deputatları və Federasiya Şurasının üzvlərinin statusu haqqında maddəyə düzəlişlər edilir. Bu dəyişikliklər öz vəzifələrini müntəzəm olaraq yerinə yetirmədiyinə görə millət vəkillərinin səlahiyyətlərindən məhrum edilməsinə dair əlavə əsaslar müəyyən edir.
Qanuna əsasən, deputat 30 və ya daha çox təqvim günü ərzində vəzifəsini icra etməməyə görə tərkibində olduğu fraksiyanın təşəbbüsü, eləcə də üzvü olduğu komitənin təklifi ilə mandatdan məhrum edilə bilər.
Söhbət, xüsusilə, seçicilərlə iş üzrə və Dövlət Dumasının, onun komitə və komissiyalarının iclaslarında iştirak barədə qanunvericilik tələblərindən gedir. Mandatının geri alınması üçün "əsasların müəyyən edilməsi barədə” qərarı komissiya palatası qəbul etməlidir. Deputatın salahiyyətlərinin vaxtından öncə dayandırılması Dövlət Dumasının qərarı ilə rəsmiləşdirilir.
Sənəd aprelin 22-də Dövlət Duması Tərəfindən qəbul olunub və 2016-ci il aprelin 27-də Federasiya Şurası Tərəfindən təqdir edilib.