Rusiya prezidenti Vladimir Putinuydurma "erməni soyqırımı”nın 100-cü ildönümünə həsr olunan tədbirlərdə iştirak etmək üçün aprelin 24-də Ermənistana səfər edəcək.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti əsasında həyata keçiriləcək.
"Səfər çərçivəsində Rusiya və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Görüşdə prezidentlər iki ölkə arasında gündəmdə olan məsələləri, regional və beynəlxalq mövzuları müzakirə edəcəklər”, - deyə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edək ki, aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunan təntənəli tədbir keçiriləcək. Rusiyanı həmin tədbirdə Dövlət Dumasının sədri Sergey Narışkin təmsil edəcək.