Qadın kişini bıçaqlayıb

Bakıda 39 yaşlı qadın həmyerlisini bıçaqlayıb.Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ)verilən məlumata görə, aprelin 15-də saat 23:50 radələrində, Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini İlham Abbasova bıçaq xəsarəti yetirilib.


Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, İ.Abbasovu bıçaqlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Yelena Aleksandrovna Bobrova tutulub.