Qəbələ 3 saylı tam orta məktəbin uğurları

Azərbaycanda təhsilin inkişafına yönəlmiş kompleks islahatlar, qabaqcıl ideyalar və layihələr cəmiyyətimizin inkişafına böyük töhfələr verir.

Image result for İlham Əliyevin Qəbələyə səfəri

Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı istiqamətində çoxsaylı uğurlara imza atılmışdır. Neft kapitalının insan kapitalına çevrilməsi hədəfi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu yöndə həyata keçirilən dövlət siyasəti, Təhsil Nazirliyinin gördüyü işlər, təhsil işçilərinin əzmkarlığı, təşəbbüskarlığı və ən əsası, əldə olunmuş nəticələr qarşıda duran hədəflərin o qədər də uzaqda olmadığını söyləməyə imkan verir. Aparılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaratmışdır. Azərbaycan artıq yeni dövrə – modernləşmə dövrünə qədəm qoymuşdur.

Bu dövrün hədəfləri sosial-iqtisadi həyatın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından, bu yolla davamlı iqtisadi inkişafın təmin olunmasından, eləcə də əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsindən ibarətdir. Azərbaycanın qarşıdakı illərdə sosial-iqtisadi və mədəni inkişaf yollarını müəyyənləşdirən "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatı”na keçidin əsasının qoyulması, bunun üçün həlledici amil olan insan kapitalının adekvat inkişafının ön plana çəkilməsi nəzərdə tutulmuşdur. Bu, təhsil sisteminin də kökündən dəyişdirilməsini, əlavə təhsil, ömür boyu təhsil kimi komponentlərin əhəmiyyətinin artırılmasını zərurətə çevirir.

Başlıca strateji məqsədi davamlı iqtisadi artım və sosial rifah olan konsepsiyada təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir təhsil sisteminin qurulması da əsas strateji istiqamətlərdən biri kimi ön plana çəkilmişdir. BMT-nin İnkişaf Proqramının "İnsan inkişafı indeksi”nə əsasən, Azərbaycan 187 ölkə arasında, 2008-ci ildəki 101-ci yerdən 2013-cü ildə 76-cı yerə yüksəlmiş və insan potensialının yüksək inkişaf etdiyi ölkələr qrupuna daxil olmuşdur. Həmçinin Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üzrə hesabatında Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyəti səviyyəsi reytinqində 148 ölkə arasında 39-cu, MDB ölkələri arasında isə 1-ci yeri tutmuşdur. Sevindirici haldır ki, dünyanın bir çox aparıcı beyin mərkəzləri Azərbaycanın əldə etdiyi uğurları dərindən təhlil və təbliğ edirlər. Bu gün Azərbaycanın siyasi, iqtisadi və sosial modeli nümunə kimi bir sıra nüfuzlu beynəlxalq forum və konfranslarda müzakirə olunmaqdadır.

Biz sabahımızı necə görürük? Bu suala müasir dövrümüzdə insanlar, daha geniş çevrədə dövlətlər və nəhayət, bəşəriyyət cavab axtaran zaman sadə həqiqətə üz tuturlar – təhsilin keyfiyyəti bizə həyat keyfiyyətimizi dəyişməyə, birgə yaşayışın daha sivil formalarını axtarmağa, düşünməyə yardım etməlidir. Yəni təhsil fenomeni dünyanın yeni inkişaf trendlərini müəyyən edir. Bu, dünən də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Müasir təhsil sisteminin yenidən qurulması və islahatlar prosesində, biz bu günümüzlə yanaşı, eyni zamanda, gələcəyin tələblərini də nəzərə almalıyıq. Keçmişimiz nə qədər zəngin olsa da, bu günümüz keçmişin deyil. Bu günümüz gələcəyimizindir. Belə ki, indi təhsil alan nəsillər bir neçə illərdən sonra müstəqil həyata qədəm qoyacaq, bir mütəxəssis kimi fəaliyyətə başlayacaqlar. Parlaq gələcək bu gün reallaşan layihələrin qiymətləndirilməsi, davamlılığı və uğurundan asılıdır.

Təhsil sistemi müstəqil Azərbaycanın milli dəyərlərini mənimsəmiş vətəndaş formalaşdırmalı, qloballaşan və müasir dünyada rəqabətədavamlı, peşəkar kompetensiyalara və biliklərə malik bir insan yetişdirməlidir. Ölkəmizin təhsil sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması isə əsas məqsədlərdən biridir. Qeyd olunan hədəflərə nail olmaq üçün nəinki paytaxt Bakıda eyni zamanda regionlarda olan təhsil müəssisələri müasir standartlara cavab verir. Bunun üçün təmir işləri həyata keçirilir. Peşəkar kadrların işə cəlb olunması prosesi aparılır. Qəbələ şəhər 3saylı tam orta məktəb.Məktəbin direktoru Ədilə Əliyeva aparılan bu siyasəti yüksək qiymətləndirib. Bildirib ki, həyata keçirilən təhsil sistemində davamlı inkişaf artıq öz bəhrəsini verməkdədir. Onun sözlərinə görə, rəhbərlik etdiyi təhsil müəssisəsinə 2009-ci ildən rəhbərlik edir.

Image result for İlham Əliyevin Qəbələyə səfəri

Bu müddət ərzində ölkə başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva, Təhsil Naziri Mikayıl Cabbarovun və rayon icra hakimiyyətinin başçısı Səbuhi müəllimin təhsiləö verdiyi dəyər, önəm və təhsilin inkişafı üçün atdığı addımlar sayəsində Qəbələ təhsili yüksək səviyyədə inkişaf edib. Artıq şagirdlərin heç bir sosial problemi yoxdur. Üstəlik dərsə dəvamiyyət və bu kimi problemlər aradan qalxıb. Məhz bunun nəticəsidir ki, məktəbin 72 məzunundan 40 nəfəri ali məktəbə qəbul olunub. Bir nəfər şagird isə 647 bal toplayaraq yüksək nəticə göstərib. Ə.Əliyeva onu da qeyd edir ki. məktəb müəllimlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğı onları işlərində daha məsuliyyətli olmağa vadar edir. Məktəb diretkorunun sözlərinə görə, məktəbin bir sıra müəllimləri təhsil sahəsində qazandığı uğurlara görə, tərəqqi medalları ilə təltif olunub. Məktəbin şagirdləri də Respublika Olimpiyadalarında qalib olublar.

Image result for İlham Əliyevin Qəbələyə səfəri

Yusif Məhəmmədoğlu

Bakı-Qəbələ-Bakı