Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması yolu ilə həll oluna bilər.
Bu barədə Çinin paytaxtı Pekində keçirilən Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirəyə üzv dövlətlərin xarici işlər nazirlərinin V görüşündə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
"Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll oluna bilər. Bu kontekstdə Azərbaycan münaqişənin həll olunmasına sadiqdir. Bu anlamda beynəlxalq birliyin münaqişə üzrə beynəlxalq hüququn norma və BMT Təhlükəsizik Şurasının dörd qətnaməsini yerinə yetirilməsinə təkid etməsi son dərəcə əhəmiyyətlidir”, - deyə Xələfov qeyd edib.
Nazir müavini, həmçinin vurğulayıb ki, Dağlıq Qarabağdakı münaqişə beynəlxalq birlik üçün təhlükədir.