Rusiyada azərbaycanlı “qanuni oğru” saxlanıldı

Rusiyada Tolik Noqinski ləqəbli azərbaycanlı qanuni oğru saxlanılıb.


Sabahinfo.az-ın məlumatına görə, bu barədə "qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verir. Məlumata görə, 32 yaşlı Taleh Dağlıyev saxlanılan zaman üzərindən Amerika istehsalı olan tapança aşkarlanıb. Avtoritetlə bağlı "silahın qanunsuz dövriyyəsi” maddəsi ilə cinayət işi açılıb.