Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ermənistanın paytaxtı İrəvana gedib.
Gerasimov bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurası yanında Hərbi komitənin iclasında iştirak edəcək.
Məlumata görə, iclasda regional təhlükəsizlik məsələləri müzakirə ediləcək. İclasda həmçinin Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın baş qərargah rəisləri iştirak edəcəklər.
azvision.az