Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Efiopiya Patriarxı I Abune Matiyasla görüşüb.
Səfirlikdənverilən məlumata görə, görüşdə Azərbaycanla Efiopiya arasında münasibətlərin inkişaf perspektivləri müzakirə edilib, əlaqələrin daha inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu bildirilib.
I Abune Matiyasa ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurları, ölkəmizin regional liderə çevrilməsi, Azərbaycanın multikulturalizm və dinlərarası dialoqun təşviq edilməsi istiqamətində həyata keçirdiyi beynəlxalq miqyaslı fəaliyyəti və ev sahibliyi etdiyimiz bir neçə möhtəşəm beynəlxalq səviyyəli tədbirlər barədə ətraflı məlumat verilib. Görüşdə Azərbaycanın müxtəlif mədəniyyətlər arasında daim körpü rolunu oynadığı vurğulanıb.
I Abune Matiyas Azərbaycanın Efiopiyada yeni açılmış səfirliyinin fəaliyyəti ilə maraqlanıb.
Elman Abdullayev səfirlik adından Pasxa bayramı münasibəti ilə Patriarx və onun rəhbərliyik etdiyi qurumu təbrik edib.