Sovet İttifaqının dağılması müstəqil dövlətlər qarşısında son dərəcə mürəkkəb bir vəzifə qoydu –
dövlətlərin iqtisadi müstəqilliyini təmin edən prinsipcə yeni təsərrüfatçılıq sistemi yaradılmalı idi. 70 il
ərzində təşəkkül tapmış və fəaliyyət göstərmiş planlı iqtisadiyyat daha işləyə bilmirdi. Bu problem Sovet
İttifaqı məkanında yaranmış bütün müstəqil dövlətlər qarşısında dayanmışdı. Həmin ərəfədə bizim ölkəmiz
üçün vəzifə qat-qat mürəkkəb idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, faktiki başlanmış
vətəndaş müharibəsi və separatizm təzahürləri, xaos və iqtisadiyyatın dağılması, dövlət hakimiyyətinin və
bütün idarəçilik sisteminin iflic olması elə bir vəziyyətə gətirib çıxarmışdı ki, ilk növbədə dövlətin
bütövlüyünü və mövcudluğunu qoruyub saxlamaq tələb olunurdu.
Heydər Əliyevin dühası, qlobal inkişaf meyillərini irəlicədən görmək, öz ölkəsinin dünya birliyində
rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, çox böyük nüfuzu və insanları öz arxasınca
aparmaq bacarığı sayəsində müstəqil Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Qanunsuz
silahlı birləşmələr və quldur dəstələri qısa müddətdə ləğv edildi, ölkənin ordusu yaradıldı. Asayiş və qaydaqanun
bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunması faktlarına son qoyuldu. Qarabağ
müharibəsində atəşkəs əldə edildi. Dövlətçilik yenidən yaradıldı, insanların öz qüvvələrinə inamı özlərinə
qaytarıldı. İctimai-siyasi vəziyyətin normallaşdırılması iqtisadiyyatda zəruri dəyişiklikləri həyata keçirməyə
imkan verdi.
Heydər Əliyevin Azərbaycana ötən əsrin 70-80 – cı illərində rəhbərlik etdiyi dövrdə ölkədə çoxsahəli
sənaye kompleksi və yüksək səviyyəli kənd təsərrüfatı yaradılmışdı. Ənənəvi neft hasilatı və emalı ilə yanaşı,
neft maşınqayırması, neft kimyası, əlvan metallurgiya, cihazqayırma, elektrotexnika və elektron sahələri, yüngül
və yeyinti sənayeləri sürətlə inkişaf etmişdi. Kənd təsərrüfatının səviyyəsinə görə Azərbaycan SSRİ-də qabaqcıl
mövqelər tuturdu. Müstəqillik əldə etdikdən sonra ölkə öz iqtisadiyyatını bundan sonra necə inkişaf etdirəcəyi
ilə bağlı çox vacib vəzifə ilə qarşılaşdı. Xalqın və ölkə rəhbərliyinin təkidi ilə Heydər Əliyevin parlament sədri
seçildiyi və dövlətin müqəddəratı üçün məsuliyyəti bütünlüklə öz öhdəsinə götürdüyü 1993-cü ilin iyun ayında
sənayedə və kənd təsərrüfatında, bütövlükdə ölkədə xaos hökm sürürdü. Zavod və fabriklərin avadanlığı xeyli
dərəcədə talan edilmiş və oğurlanmışdı. Ölkənin təsdiq edilmiş büdcəsi – dövlətin gəlirlərinin və xərclərinin
hansı mənbələrdən gəldiyini və hara xərcləndiyini müəyyənləşdirən əsas maliyyə sənədi yox idi.
Ciddi problemlərdən biri də o idi ki, SSRİ dağıldıqdan sonra iqtisadiyyatın idarə edilməsinin sərt,
mərkəzləşdirilmiş, planlı sisteminin mövcudluğuna son qoyulmuşdu. Bu elə sistem idi ki, hər bir müəssisənin
maddi-texniki təchizatı və fəaliyyəti nəhəng ölkənin ərazisindəki onlarca müəssisə ilə kooperasiya şəraitində
həyata keçirilir, məhsulun satışı mərkəzləşdirilmiş qaydada aparılırdı. Kənd təsərrüfatında da ciddi vəziyyət
yaranmışdı. Bu sahənin əsas istehsal vasitəsi olan və rəsmi ideologiyaya görə ümumxalq mülkiyyəti sayılan
torpaq əslində heç kəsin deyildi. Bu amil, habelə mövcud tədarük qaydası və əməyin ödənilməsi sistemi sahənin
inzibati metodlarla idarə olunmasını labüd edirdi. Həmin metodların imkanları isə, demək olar, tamamilə
tükənmişdi.
İqtisadiyyatı bazar mexanizmləri üzərinə keçirməyin zəruri olduğu aydın idi. Məsələ bu şəkildə
qoyulurdu – ölkənin mövcud olan bütün iqtisadi potensialını inkişaf etdirmək üçün nədən başlamaq lazımdır?
Rəqabət şəraitində real səmərəliliyi nəzərə almaqla hansı sahələrə üstünlük verilməlidir?
Heydər Əliyev dövlətin iqtisadi siyasətini müəyyən etdi. Həmin siyasətin məğzi bu idi: hökumət bütün
sahələrin, zavodların, fabriklərin və müəssisələrin işləməsi üçün lazımi şərait (səhmləşdirmə, özəlləşdirmə,
vergi güzəştləri və başqa güzəştlər) yaradır; iqtisadiyyatın ölkə üçün daha əhəmiyyətli sahələrinə dövlət
tərəfindən hər cür yardım göstərilir.
Azərbaycanın sonrakı inkişafını müəyyənləşdirən ilk və ən sanballı layihə ölkəmizin Xəzər dənizindəki
neft yataqlarının işlənilməsi barədə Heydər Əliyevin 1994-cü ildə imzaladığı "Əsrin müqaviləsi” oldu. Sonralar
karbohidrogenlərin çıxarılmasına və daşınmasına dair başqa sazişlər də imzalandı. Lakin ilk müqavilənin xüsusi
əhəmiyyəti vardı.
Əvvəla, dünyaya elan edildi ki, siyasətdə diletantların dövranına artıq son qoyulub və Azərbaycan öz
rəhbərinin simasında regionun bütün ölkələrinin hesablaşdıqları dünya miqyaslı dövlət xadimi seçib. 1994-cü
ilin sentyabrında neft müqaviləsinin imzalanması ərəfəsində mövcud olan şəraiti yada salaq. Azərbaycanda
mürəkkəb ictimai-siyasi vəziyyət hələ də qalmaqda idi. Qonşu dövlətlərin, demək olar, hamısı respublikamıza
Azərbaycan Respublikası
36 qarşı ciddi iddialara malik idilər və dənizdəki neft yataqlarımızın işlənilməsinə yönələn hərəkətlərimizi çox ağrılı qarşılayırdılar. İş о yerə çatmışdı ki, birbaşa hədələr də səsləndirilirdi. Rusiya Federasiyası xarici işlər nazirinin müavini mətbuat səhifələrində iddia edirdi ki, Xəzər dənizində dövlətlərin sektorları müəyyən edilmədiyindən onun ölkəsi Azərbaycanın özününkü saydığı istənilən neft yatağının işlənilməsinə başlaya bilər. Nə olacaq, Azərbaycan Rusiyaya qarşı müharibəyəmi başlayacaq? – deyə o sual verirdi. Lakin Heydər Əliyevin siyasi vəziyyəti dəqiq qiymətləndirməsi, iddialı ölkələrin sonrakı addımlarını qabaqcadan görməsi, habelə şəxsi mərdliyi sayəsində "Əsrin müqaviləsi” imzalandı. İkincisi, dövlət başçısının niyyəti belə idi ki, ilk neft müqaviləsindən sonra dünyada Azərbaycana maraq xeyli artacaq, Azərbaycan yataqlarının işlənilməsinə dair digər sazişlər bağlanacaq; neft-qaz sahəsi iqtisadiyyatın başqa sahələrini də çəkib öz ardınca aparan lokomotiv olacaq və Azərbaycanı inkişaf etmiş, çiçəklənən ölkəyə çevirəcəkdir. Bu proqnozların düzgünlüyü parlaq şəkildə təsdiqləndi. Neft sənayesinə, habelə iqtisadiyyatın digər sahələrinə onlarca milyard dollar sərmayə qoyuldu. Neft hasilatı və nəqli ilə yanaşı, ölkədə nəqliyyat sektoru, güclü tikinti kompleksi, xalq istehlakı malları istehsalı və yeyinti sənayesi, xidmətlər sahəsi formalaşdı. Kənd təsərrüfatında əsaslı islahatlar aparıldı: kolxoz və sovxozların torpağı və əmlakı vətəndaşların mülkiyyətinə verildi, yüzlərcə fermer təsərrüfatı yaradıldı. Kənd əməkçiləri üçün bu gün də qüvvədə olan vergi tətilləri təşkil edildi: onlar torpaq vergisi istisna olmaqla, vergilərin bütün növlərindən azaddırlar. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Artan iqtisadi potensial və büdcə imkanları, dövlət bölmələrinin dəqiq fəaliyyəti, işçilərin ixtisas səviyyəsinin yüksəlməsi idarəçilikdə yeni ideya və yanaşmaların tətbiqinə, iqtisadiyyatın üstün istiqamətlərində dövlət təsirini gücləndirməyə imkan verdi. Müstəqillik əldə edilənədək iqtisadiyyatın və sosial sahənin inkişafını müəyyənləşdirən əsas sənəd dövlət planları idi. Dövlət planlarının həddindən artıq təfsilatlı və iri həcmli olması onların bazar iqtisadiyyatı şəraitində perspektivsiz olması fikrini doğurmuşdu. Amma istənilən böyük layihə uzun müddət ərzində reallaşdırılır, nəhəng kapital qoyuluşunu, problemin kompleks halda nəzərdən keçirilməsini və sairə tələb edir. 2004-cü ildən etibarən belə bir qayda qoyuldu ki, dövlət büdcəsi ilə birlikdə respublikanın qarşıdakı üç ildə iqtisadi və sosial inkişafı konsepsiyası da təsdiq edilsin. Bir neçə il ərzində həyata keçirilən, iqtisadiyyat və sosial həyat sahələrinin inkişaf parametrlərini müəyyənləşdirən, dövlətin resurslarını və özəl kapitalı üstün istiqamətlərdə cəmləşdirməyə imkan verən dövlət proqramları hökumətin və bütövlükdə icra orqanlarının fəaliyyətində mühüm yer tutur. Regionların sosial-iqtisadi inkişafına, elektroenergetikanın, yol şəbəkəsinin, digər nəqliyyat kommunikasiyalarının, informasiya-kommunikasiya texnologiyaları sahəsinin, neft-kimya kompleksinin, metallurgiya sahəsinin, kiçik biznesin inkişafına dair dövlət proqramları qəbul edilmişdir və bunlar uğurla yerinə yetirilir. Orta təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, orta pillə kadrlarının hazırlanması proqramları reallaşdırılır. Azərbaycan həmişə əhalisinin yüksək intellektual səviyyəsi və təhsili ilə seçilmişdir. Neft maşınqayırması, geologiya, kimya və digər sahələrdə ölkənin güclü layihə və tədqiqat potensialı vardır. Azərbaycan Prezidentinin siyasəti bu potensialı qoruyub artırmaqdan, cənab İlham Əliyevin dediyi kimi, maddi kapitalı insan kapitalına, intellektual kapitala çevirməkdən ibarətdir. Xarici ölkələrdə ən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına dair qəbul olunmuş proqram bu siyasətin tərkib hissəsidir. intellektual potensialın qorunması və inkişaf etdirilməsi baxımından Azərbaycanın ölkə hüdudlarından kənarda fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri üçün neft-qaz sahəsində xüsusi güzəştli rejimin yaradılması da bu siyasətin tərkib hissəsidir. Kənd təsərrüfatının inkişafı və əhalinin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi üçün çox iş görülür. Kənd əmtəə istehsalçılarının yanacaq-sürtgü materiallarına və mineral gübrələrə çəkdikləri xərclərin, habelə buğda istehsalı ilə bağlı xərclərinin xeyli hissəsi dövlət büdcəsi hesabına kompensasiya edilir, fermer təsərrüfatının və kənd təsərrüfatı məhsullarının emalı sahəsinin inkişafına güzəştli kreditlər ayrılır. Kənd təsərrüfatı maşınlarının və avadanlığının lizinqi getdikcə daha çox inkişaf edir, fermer təsərrüfatlarının güzəştli şərtlərlə məhsuldar mal-qara ilə təminatı sahmana salınır. Sahənin müvafiq infrastrukturu yaradılır. Görülmüş işlər kənd təsərrüfatı məhsullarının bir çox növlərinin istehsalının artmasına, kəndlilərin rifah halının yüksəlməsinə şərait yaratmışdır. Sahə respublika əhalisinin tələbatını tam təmin etməyə və mühüm ixrac sferasına çevrilməyə qadirdir. Bununla birlikdə, hələ də ölkəyə xeyli miqdarda taxıl, ət-süd məhsulları, bitki yağları və digər ərzaq malları idxal olunur. Problemin həlli təsərrüfatların geniş kooperasiyasını, onların iriləşdirilməsini, mütərəqqi istehsal texnologiyalarının tətbiqini, texniki xidmət, məhsulun tədarükü, saxlanması, Azərbaycan Respublikası
37 emalı və istehlakçıya çatdırılması üçün lazımi infrastrukturun yaradılmasını nəzərdə tutur. Respublikanın müvafiq strukturlarının fəaliyyəti buna yönəldilmişdir. Ölkə iqtisadiyyatının bazar iş prinsipləri üzərinə keçirilməsi, istehsal sahələrinin və sferalarının inkişafının proqram-məqsədli metodlarının tətbiqi, yenidən strukturlaşdırma, üstün hədəflərin müəyyənləşdirilməsi və maddi resursların onlarda cəmləşdirilməsi yüksək iqtisadi göstəricilərə nail olmağa, xalqın rifah halını yaxşılaşdırmağa imkan vermişdir. Təkcə son beş il ərzində ümumi məhsulun həcmi 2,6 dəfə, o cümlədən qeyri-neft sektorunda 1,8 dəfə artmışdır. Artıq neçə ildir ki, Azərbaycan iqtisadiyyatın inkişafına görə regionda, bir sıra göstəricilərə görə isə dünya miqyasında lider mövqelər tutur. Ötən il Dünya Bankı ölkəmizi biznes mühitində islahat aparılmasında və onun səmərəli olmasında lider hesab etmişdir. Beş il ərzində ümumi daxili məhsul 2,6 dəfə artmış, Azərbaycan kapital ixrac edən ölkəyə çevrilmişdir. Büdcə xərcləri 7,5 dəfə çoxalmışdır. Demək olar, bütün kateqoriyalardan olan insanları əhatə edən əməkhaqları, pensiyalar, təqaüdlər, müavinətlər, digər ödənclər müntəzəm artır. 2003-2008 – ci illərdə yoxsulluq səviyyəsi 49,5 faizdən 13,2 faizədək azalmışdır. Dünya maliyyə böhranı şəraitində də Azərbaycan iqtisadiyyatı heyrətamiz sabitliyini qoruyub saxlayır. Heydər Əliyevin 10 il ərzində əsasını qoyduğu iqtisadi siyasəti onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla həyata keçirir.
Adil Məmmədov
Qobustan Rayon İcra Hakimiyyətinin