Azərbaycan öz liderini yaxşı tanıyırdı. Çünki Heydər Əliyev hələ Azərbaycana birinci dəfə rəhbərlik
etdiyi (1969-1982) dövrdə özünü əsl dövlət adamı, ictimai xadim kimi gördüyü işlərlə təsdiq edə bilmişdi. Bu
müdrik insan totalitar bir rejimin məngənəsində yaşamasına, işləməsinə baxmayaraq əməlləri ilə Azərbaycan
xalqının gələcək xoşbəxtliyi üçün təməl qoymuşdu. Belə ki, o, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra ilk işi olaraq 1970-ci ildə "Azərbaycan SSR-də kənd
təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən qərar qəbul
etdirməyə nail oldu. Bu qərarı qəbul etdirmək həmin zaman üçün təbii ki, çox nadir hadisə hesab edilirdi. Böyük
dövlət adamı, ulu öndər Sovet imperiya-sının dünyaya meydan oxuduğu, cəmiyyəti məngənədə saxladığı bir
dövrdə Azərbaycan xalqının gələcək xoşbəxtliyi naminə axına qarşı getdi. 1918-ci ildə ölkəmizin birinci dəfə
əldə etdiyi ilk müstəqillik dövrünün milli ideologiyasını, təfəkkürünü, milli dövlətçiliyinin əsasını yaratmaq
barədə düşünməklə özünün fiziki məhvini belə göz altına almalı oldu.
Bu gün hər bir azərbaycanlı böyük məhəbbət hissilə deyə bilər ki, ulu öndər həyatının xoşbəxt anlarını
Azərbaycan insanlarının işıqlı gələcəyinə həsr etməkdən qürur duyduğundan "Xalq mənə ümid bəsləyir, mən də
bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban
verməyə hazıram” – deyirdi.
Bunu hər kəs yaxşı bilir ki, Azərbaycan bir dövlət kimi müstəqilliyini əldə etdikdən sonra da dağılmaq
təhlükəsi ilə üzləşməli oldu. Xarici dövlətlərin kəşfiyyat idarələri, daxildəki hərc-mərclikdən istifadə etməyə
çalışdı. Bir tərəfdən Azərbaycanda süni şəkildə etnik-milli qarşıdurma yaratmaq istəyən şimalda "Sadval”
hərəkatının, cənubda isə qeyri-qanuni "Talış-Muğan Respublikası” elan etmiş Əlikram Hümbətovun həyata
keçirmək istədiyi separatçı hərəkatı və başqa bu kimi qanunsuz əməlləri böyük uzaqgörənliklə təhlil edib
müdrik bir qərara gələ bilən ulu öndər təkcə milləti, respublikamızı ölüm-dirim mübarizəsindən qurtarmadı,
xalqımızın böyük əksəriyyətinin təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə gəlməklə həm də Azərbaycan xalqının
mənliyini, varlığını özünə qaytara bildi. Ulu öndər ölkədə baş verən ictimai-siyasi hadisələri dərindən təhlil
edərək millətin və dövlətin tarixi taleyini, xilas yolunu özünə qaytardı.
Beləliklə, Azərbaycan həyatında Milli Qurtuluş epopeyası başladı. Heydər Əliyev özünün nadir
istedadına, parlaq dövlətçilik təfəkkürünə və mükəmməl milli dirçəliş konsepsiyasına əsaslanaraq ölkəni
iqtisadi, siyasi böhranın cəngindən xilas edə bildi. Bu günün və çiçəklənən gələcəyin etibarlı özülünü qoydu.
İndi böyük inamla demək olar ki, taleyinə min bir məhrumiyyət və əziyyət yazılmış Azərbaycan xalqı gələcəyin
işıqlı günlərini yaşamaqdadır.
Ulu öndər Azərbaycana ikinci dəfə rəhbərlik etməsi ilə tarixin keçmiş dönəmlərinə qayıtmağı bacardı,
xalq təsərrüfatının bütün sahələrində inkişaf üçün işıqlı yol göstərdi. Elmin bütün sahələrində uğurlar əldə
edilməsində, elm adamlarına arxa-dayaq oldu. Neft sənayesinin inkişafında xarüqələr yaradılmasına öncüllük
etdi. Azərbaycan torpağının, Azərbaycan xalqının oğlu olaraq о, torpağa bağlılığını sübut etməyi bacardı. Böyük
öndər ölkəmizdə əldə edilən uğurlara qısqanclıqla baxanlara "Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə,
xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın” deyirdi. "Suverenliyimizi daim yaşatmaq, dövlət
müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan
müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi” tələb edirdi. Ulu öndər deyirdi: "Azərbaycan
müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir.
Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz
milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək
nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir”.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev isə ümummilli
liderimizin ideyalarını hələ bundan belə də gerçəkləşəcəyinə əminliklə inandığından deyir: "Qurtuluş Gününün
Azərbaycanın müasir tarixində çox böyük rolu vardır. Məhz bu gündən etibarən Azərbaycan öz inkişaf dövrünü
yaşamağa başlamışdır. Müstəqilliyimizi əldə etdikdən sonra ölkəmiz çox böyük problemlərlə üzləşmişdi.
Demək olar ki, ölkəmiz idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz ümummilli lider Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışı, fəaliyyəti nəticəsində ölkəmiz bu çətin günlərdən şərəflə çıxa bildi, öz inkişaf dövrünü
yaşamağa başladı. Bu inkişaf indi sürətlə davam edir”.126
Məhz Heydər Əliyev böyüklüyü sayəsində yenicə müstəqilliyini əldə etmiş Azərbaycan dünya
sivilizasiyasının inkişaf proqramından və təcrübəsindən istifadə edərək milli iqtisadiyyatın inkişafının spesifik
cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun bütün parametrləri nəzərə alaraq yeni layihələr və dövlət
proqramlarının hazırlanmasına başlanıldı.
Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi islahatlar, dövlət quruculuğu sahəsində islahatlar kursu
genişləndi. Həmin islahatların həyata keçirilməsindən danışarkən ulu öndər deyirdi: "Biz islahatları bir gündə
yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk. Çünki bunun üçün həm təcrübə lazımdır, həm
də gərək səhv buraxmayasan. Biz bunları keçirdikcə Azərbaycanda idarəetmə orqanlarının işi təkmilləşir. Hesab
edirəm ki, biz bunu başa çatdırandan sonra bu sahədə də ölkəmizin iqtisadiyyatı üçün daha böyük imkanlar
açılacaqdır”.
Heydər Əliyev yalnız Azərbaycana ikinci dəfə rəhbərliyə gəlişi ilə deyil, bütövlükdə bu böyük insan
azərbaycanlı olması və yaradıcılığı ilə XX əsr Azərbaycan tarixində xalqımızı bir çox bəlalardan qurtarmaq
üçün qurtuluş nöqtəsini qoymağı bacardı. Bütün dünyaya bəyan etdi ki, müstəqil Azərbaycan Respublikası
yaşayacaq və demokratiya prinsipləri, insan azadlığı, demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün
nümunə olacaqdır.
Ulu öndərimiz Heydər Əliyev böyük uzaqgörənliklə həm də sübut etdi ki, Azərbaycanda aqrar sahədə
iqtisadiyyatın inkişafının əsası aparılacaq torpaq islahatlarının nəticələrindən asılıdır.
Tarixin hökmünə bax ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin ölkəmizin birinci
müstəqilliyində həyata keçirmək istədikləri və başa çatdıra bilmədikləri torpaq islahatları missiyasının ağırlığı
da ölkəmizin ikinci dəfə müstəqillik əldə etdiyi dövrdə, ikinci dəfə ölkə rəhbərliyinə gəlmiş ulu öndər Heydər
Əliyevin çiyinlərinin üstünə düşdü.
Bəlli olduğu kimi, respublikada 1995-ci ildən torpaq islahatları aparılır. Torpaq siyasəti kifayət qədər
həssas bir sahə olduğu üçün çox ehtiyatlı və incə yanaşma tərzi tələb edirdi. Bu sahədə hər hansı bir kiçik səhv
çox böyük problemlər yarada bilərdi. Digər tərəfdən isə Azərbaycanın nə dərəcədə mürəkkəb ictimai-siyasi və
iqtisadi quruluşa malik olması heç kəsə sirr deyildir. Belə bir şəraitdə respublikada torpaq islahatlarına
başlanması nə qədər vacib bir məsələ idisə, onun həyata keçirilməsi bir о qədər çətin və cəsarət tələb edən bir iş
idi. Lakin bütün çətinliklərə və maneələrə baxmadan ümummilli lider Heydər Əliyev digər məsələlər kimi bu
problemin də həllinə nail oldu. Belə ki, onun təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra
torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən
hüquqi baza yaradıldı. 150-dən çox fərman, sərəncam, qanun və digər hüquqi normativ akt respublikamızda
torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı. Bundan sonra islahatların sürətlə həyata keçirilməsi
prosesi başlandı.
Azərbaycan Respublikasının vahid torpaq fondu qanunvericiliyə müvafiq şəkildə üç mülkiyyət (dövlət,
bələdiyyə və xüsusi) formasına ayrıldı. Belə ki, bu torpaq fondundan 23,5 faizi bələdiyyə mülkiyyətinə, 19,6
faizi xüsusi mülkiyyətə və 56,9 faizi isə dövlət mülkiyyətinə aid edildi.
Respublikanın kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər əldə edilməsinə səbəb olan
amillərdən biri də 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən yerli özünüidarəetmə orqanı olan
bələdiyyələrin yaradılması oldu. 1999-cu ilin 24 dekabr tarixində "Bələdiyyələrin əraziləri və torpaqları
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 237 nömrəli fərmandan irəli gələn
tapşırıqların yerinə yetirilməsi də ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycanda mövcud olan 2746 şəhər, rayon və kənd bələdiyyəsindən qanunvericilik aktlarına uyğun
hüquqi status almış bələdiyyələrin torpaqlarını onların mülkiyyətinə vermək üçün çöl tədqiqat işləri aparılmış,
hazırlanmış sənədlər isə onlara verilmişdir.
Ulu öndərin himayəsi və uzaqgörənliyi sayəsində ölkəmizdə digər MDB ölkələrindən fərqli olaraq
qorunub saxlanılan və inkişaf etdirilən sahələrdən biri də geodeziya və xəritəçəkmə sahəsi olmuşdur. Sovet
dönəmində bütün dünyada məşhur olan Ross Kartoqrafiya 90-cı illərdə dağıdılarkən, bütün region ölkələri
içərisində ən qabaqcıllardan biri olan Gürcüstanın xəritəçilik qurumları süqut edərkən, ulu öndər Azərbaycanın
Geodeziya və Kartoqrafiya sahəsinin qorunub saxlanmasına nail oldu və hazırda ən son texnologiyalarla təchiz
edilmiş müəssisələrimiz ölkəmizin xəritəçəkmə materiallarına olan tələbatını yüksək səviyyədə ödəyir.
Qeyd etmək lazımdır ki, torpaq islahatları prosesində sovet dövründən qalma yararsız xəritəçəkmə
metodları islahat prosesində müəyyən neqativ halların yaranmasına səbəb olur, bəzi hallarda hətta pay veriləcək
torpaq sahələri yaşayış məntəqələri ilə üst-üstə düşürdü. Ona görə də ulu öndər о zaman torpağın kəndliyə
verilməsi ilə bərabər torpaq kadastr xəritələrinin yenidən işlənilməsi ilə bağlı da ciddi tədbirlər həyata keçirmək
üçün göstərişlər verdi. Yaponiyadan alınan 3,2, İsveçrədən isə alınan 2 milyon dollar qrant hesabına rəqəmli
xəritə və şəhər kadastrının yaradılmasına başlandı. Bu yeni texnologiyanın tətbiqi xəritəçəkmədə xətaları
127
minimuma endirdi. Xəritə üzərində hər nöqtənin koordinatları təsbit edilməklə təkcə inzibati xəritələr deyil,
mülkiyyət növləri üzrə də xəritələr hazırlanmağa başlanıldı. Dünya Bankının ayırdığı kredit hesabına isə
ölkəmizdə ortofoto, geodeziya, torpaq kadastrı və naviqasiya sahəsində görüləcək böyük işlərin təməli qoyuldu.
Hazırda ölkəmiz bu sahədə postsovet məkanında birincilər sırasındadır.
Torpaq elə bir təbii cisimdir ki, onun bir santimetrini əmələ gətirmək mümkün olarsa, 300 il vaxt
lazımdır. Bunu məhv etmək üçün isə çox az bir müddət yetər. Bildiyimiz kimi Azərbaycan çox az torpağı olan
ölkədir. Burada adambaşına təxminən 0,18 hektar sahə düşür. İşğal olunmuş əraziləri də nəzərə alsaq bu rəqəm
daha da azalar. Buna böyük uzaqgörənliklə yanaşan ulu öndər torpaqdan, torpaq ehtiyatlarından səmərəli
istifadə etmək və onun mühafizəsini birbaşa təşkil etmək üçün 2000-ci il 28 noyabr tarixində "Torpaq
ehtiyatlarından istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” fərman imzaladı. Bu fərmanın
tətbiqi ilə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısı alındı. Mülkiyyət formasından asılı olmayaraq
bütün mülkiyyətçilərə şamil edilmiş sənədin əsas mahiyyəti torpağı gələcək nəsillər üçün qoruması oldu.
Beləliklə, ulu öndərin qayğısı sayəsində əvəzedilməz təbii tarixi cisim olan torpaqlarımızın mühafizəsi
istiqamətində ciddi addım atılmış oldu.
2003-cü ildə xalqımızın mütləq əksəriyyətinin səs çoxluğu ilə hakimiyyətə gələn Heydər Əliyev
dövlətçilik məktəbinin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev də ölkədə regionların və aqrar
sektorun inkişafına xüsusi diqqət yetirməkdədir.
"Azərbaycan təkcə Bakıdan və Abşerondan ibarət deyil… Azərbaycanın hər bir regionu inkişaf
etməlidir… Kənd təsərrüfatında aparılan islahatların ikinci mərhələsi başlanmalıdır” – söyləyən Prezident İlham
Əliyev tərəfindən imzalanan, ölkəmizin hərtərəfli inkişafma xidmət edən "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” mahiyyətcə heç də torpaq
islahatlarından geri qalmamaqla, insan amilinin yüksəlişinə xidmət edən təkmil strategiya kimi aktuallığını
qoruyub saxlayır.
Son illər ölkəmizdə analoqu olmayan sosial-iqtisadi inkişaf göz önündədir. Təkcə Bakı şəhərində
nəqliyyat vasitələrinin hərəkətinin nizama salınması məqsədilə körpü və yol ötürücülərinin inşaat işlərini
layihələşdirmək üçün Bakı şəhərinin ərazisini əhatə edən aerofotoçəkiliş işləri yerinə yetirilmişdir.
Aerofotoşəkillərdən istifadə edərək Komitəmiz tərəfindən Bakı şəhərinin 1:5000 miqyaslı ortofotoplanları
hazırlanmışdır Həmin ortofotoplanlar məqsədyönlü istifadə üçün Nəqliyyat Nazirliyinə təqdim edilmişdir.
Bundan əlavə, körpü və yol ötürücüləri tikilməsi nəzərdə tutuIan ərazilərdəki yerüstü obyektləri planda
bütün xırdalıqları ilə əks etdirmək üçün 1:500 miqyaslı topoqrafiya planları da işlənib hazırlanmışdır.
Heydər Əliyev adına Hava Limanında yenidənqurma işləri aparmaq məqsədilə irimiqyaslı topoqrafiya
planalma işləri yerinə yetirilmişdir ki, bu materiallardan da hava limanının və enmə-qalxma zolaqlarının
beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq layihələşdirmə işləri apanlmışdır.
Təyyarələrin enmə və qalxma (aeronaviqasiya) işlərinin yüksək səviyyədə təşkil edilməsi üçün hava
limanında GPS (Qlobal Mövqe Müəyyənetmə Sistemi) məntəqələri qurulmuş və müvafiq müşahidə işləri də
yerinə yetirilmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin doqquz ayında sosial-iqtisadi
inkişafın yekunlarına həsr olunmuş iclasında bir daha Oğuz-Qəbələ-Bakı su kəmərinin böyük əhəmiyyətli iş
olduğunu xüsusi olaraq qeyd edərək demişdir ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə başlamışıq. Hesab
edirəm ki, gələn il kəmər istismara verilməlidir və Bakını təmiz su ilə təmin edəcəkdir. Samur-Abşeron su
kanalı uğurla tikilir, Taxtakörpü su anbarı tikilir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həmin ərazilərin aerofo-toçəkiliş işlərini uğurla yerinə
yetirmişdir. Həmin aerofotoşəkillərdən və xəritə materiallarından istifadə etməklə su kəməri keçən ərazilərin
dəqiq müəyyənləşdirilməsi üçün müvafiq layihə hazırlanmış və layihənin yerə göçürülməsi müasir
texnologiyalara uyğun olaraq yerinə yetirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il ta-rixli fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla
həyata keçirilməyə başlamışdır. Prezidentimiz cənab İlham Əliyev 2003-cü ildən üzü bəri ölkəmizə rəhbərlik
etdiyi dövr ərzində "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət
Proqramı”, "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Proqramı”nın, 25 avqust 2008-ci il tarixdə Prezident İlham Əliyevin imzaladığı "2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında
xüsusi olaraq tapşırılır ki, dövlət insanlarımızın ərzaqla tam təminatını ödəmək üçün 2015-ci il üçün dənli
bitkilərin əkin sahələrini 900 min hektara çatdırmalı və proqramda göstərilən 2015-ci ildə 2,8 milyon ton dənli
128
bitkilər istehsal etməlidir. Ət istehsalı 340 min ton, süd və süd məhsulları istehsalı 2,4 milyon ton olmalıdır.
Sənaye üsulu ilə illik quş əti istehsalı 80 min tona, yumurta istehsalı isə 1,3 milyard ədədə çatdırılmalıdır.
Ölkədə ikinci çörək kimi qəbul edilən kartof 1,12 milyon ton, tərəvəz və bostan bitkilərinin istehsalı
1,72 milyon ton, meyvə 800 min ton olmalıdır. Yağlı bitkilərin əkin sahələrinin 135 min hektara, şəkər
çuğundurunun əkin sahəsini isə 20 min hektara, yem bitkilərinin əkin sahələrini 500 min hektar olmaqla yüksək
keyfiyyətli, balanslaşdırılmış qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq ayrı-ayrı bənd göstəriciləri ilə
bir proqram olaraq qarşıya qoyulur.
Ölkə Prezidenti cənab İlham Əliyev ölkəmizdə Prezidentlik etdiyi dövrdə bir qayda olaraq ulu
öndərimiz Heydər Əliyevin iqtisadi-siyasi kursunun layiqli davamçısı olaraq, ölkə əhalisini sosial-rifah halının,
regionlarda iqtisadi inkişafın durmadan yüksəlməsi prinsiplərini qoruyub saxlaması imzaladığı bütün qanun,
fərman və sərəncamlarda özünü təsdiq etməkdədir.
Azərbaycan Respublikası Pre-zidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” əslində
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci il-lər) Dövlət Proqramı”nın
davamı kimi qiymətləndirilməlidir. Çünki bu Dövlət Proqramının vəzifələri və regionların prioritet
istiqamətlərində əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın
diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da
yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.
Heç şübhəsiz ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ulu öndərimizin iqtisadi siyasi
kursunun layiqli davamçısı kimi daim torpaq amilinə üstünlük verməsi zərurətindən irəli gələn 28 oktyabr 2008-
ci il tarixli 709-QD nömrəli Qanunun "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə
verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında” imzaladığı fərmanla da ümummilli liderimiz Heydər Əliyevin torpaq amilinə
üstünlük verməsi, siyasi iqtisadi kursunun və ölkə əhalisinin gələcəkdə də etibarlı ərzaq təminatını təmin edən
yolun davamıdır.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 nömrəli fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
Tədbirlər Planının 4.1.13-cü bəndi ilə 2009-2013-cü illərdə torpaqların texniki uçotunun elektron formatda
aparılmasının, bonitirovkasının, iqtisadi qiymətləndirilməsinin və xəritələşdirilməsinin təmin edilməsi ölkə
əhəmiyyətli tədbirlər sırasına aid edilmiş və bu tədbirin əsas icraçısı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
müəyyən edilmişdir.
Məlumdur ki, hər dövlətin inkişafı onun vətəndaşlarının yaşayış tərzi ilə ölçülür. Bu gün Azərbaycanda
yaşayan insanların sosial rifah halının aydan-aya deyil, gündən-günə yüksəlməsi inkaredilməz faktdır. Harada
ulu öndərin əllərinin izi, zəhməti, əməyi, adı varsa, orada yalnız uğurlardan, işıqlı sabahdan söhbət açıla bilər.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin atdığı hər bir addım, dövlətçiliyimizin təkcə
möhkəmlənməsinə deyil, bütövlükdə ölkə vətəndaşlarının sosial-rifah halının durmadan inkişafına yönəlməsi
həm də onu göstərir ki, ulu öndərin ölməz və işıqlı ideyaları həmişəyaşardır. Bu işdə 2004-cü ilin may ayının
10-da yaradılmış Heydər Əliyev Fondunun rəhbəri, millət vəkilimiz, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, ölkəmizin birinci xanımı hörmətli Mehriban xanım Əliyevanın müstəsna xidmətləri göz
önündədir.
Fond ulu öndərin ideyalarının yüksək səviyyədə həyata keçirilməsi prosesində yorulmadan yüksək
səviyyədə işlər aparır.
Heç kimə sirr deyildir ki, Heydər Əliyev Fondu ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın
rəhbərliyi altında təkcə ölkəmizdə deyil, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını sürətləndirilməsində
xüsusi rola malikdir.
Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu da yarandığı 2004-cü ildən az bir
müddət keçməsinə baxmayaraq həm ölkəmizdə, həm də beynəlxalq aləmdə xüsusi rəğbət qazanmışdır. Heydər
Əliyev fondunun fəaliyyəti cəmiyyət həyatının bütün əhəmiyyətli sahələrini əhatə edir. Fondun "Yeniləşən
Azərbaycana yeni məktəb” proqramı son illər ölkəmizdə reallaşdırılan ən uğurlu layihələrdən olmuşdur. Bu
proqram sayəsində ölkəmizin müxtəlif bölgələrində onlarla yeni məktəb tikilmiş, yüzlərlə məktəb əsaslı şəkildə
təmir edilmişdir. Bundan başqa, "Təhsilə dəstək” layihəsi, "Uşaq evləri və internat məktəblərinin inkişafı”
proqramları da öz növbəsində Azərbaycanda təhsilin inkişafını sözün əsl mənasında ictimai hərəkata
çevirmişdir. Heydər Əliyev Fondunun təhsilin inkişafı sahəsində gördüyü işlər tək ölkəmizlə məhdudlaşmır.
129
Heydər Əliyev Fonduna Mehriban xanım Əliyeva kimi bir insanın rəhbərlik etməsi, Azərbaycanın
çiçəklənməsi yolunda gördüyü böyük işlər həm də ona görə uğurludur ki, Azərbaycan Milli Məclisinin deputatı,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın özü müasir Azərbaycanın
dövlətçilik fəlsəfəsinin yaradıcısı ulu öndərimiz Heydər Əliyev siyasi akademiyasından dərs alıb. Məhz elə
Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, təhsilinin, elminin, incəsənətinin durmadan artan
yaradıcı inkişafında gördüyü işlər bir daha sübut edir ki, о ulu öndərimizin fenomenliyinin daha böyük
miqyasda tanıdılması üçün bundan sonra da nələr etməyin vacibliyini dərk edən insanların ön sırasındadır.
Ulu öndərin layiqli davamçısı, cənab Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrü təhlil
edərkən nəticə olaraq bu qərara gəlmək olur ki, dünyanı ərzaq qıtlığı ilə üzləşəcəyi barədə mütəxəssislərin
verdikləri proqnozların vaxtında qarşısını almaq üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyev əhalinin
ərzaq qıtlığı ilə bağlı etibarlı təminatını təmin etmək məqsədi ilə ondan artıq fərman və sərəncam imzalamışdır.
Cənab İlham Əliyevin 5 illik prezidentliyi dövründə ölkəmizdə əgər 2003-cü ildə Dövlət büdcəsi 1,5 milyard
ABŞ dollarına bərabər idisə, bu, 2008-ci ildə 12 milyard ABŞ dolları olmuşdur. Regionların inkişaf proqramı
çərçivəsində 5 il ərzində Azərbaycan regionlarında çox böyük işlər görülmüşdür. Sahibkarlar sinfi formalaşmış,
yeni zavodlar, fabriklər açılmış, infrastruktur layihələri həyata keçirilmiş, elektrik stansiyaları tikilmiş, su, qaz
kəmərləri çəkilmiş, ölkədə 1400 məktəb tikilmiş, 766 min iş yeri açılmışdır.
Azərbaycan Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar
bölmədə aparılan köklü islahatlar bu sahənin daha sürətlə inkişafına əlverişli zəmin yaratmışdır. Dövlət
tərəfindən kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyi aqrar
bölmənin inkişafında mühüm rol oynayır. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun kənd təsərrüfatı
məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta
hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatı istehsalına güclü təkan vermişdir. 2003-cü illə
müqayisədə 2008-ci ildə taxıl istehsalı-21,4 faiz, kartof-40,1 faiz, tərəvəz-17,4 faiz, bostan məhsulları-14,3 faiz,
meyvə və giləmeyvə-24,6 faiz, üzüm-78.1 faiz artmışdır. Bu müddət ərzində diri çəkidə ət istehsalı-30,6 faiz,
süd istehsalı-18,3 faiz, yumurta istehsalı-47,9 faiz, yun istehsalı isə 22,3 faiz artmış, kənd təsərrüfatının ümumi
məhsulu isə – 25.2 faiz artmışdır. İotisadiyyatın sürətli inkişafı ilə yanaşı, son illər əhalinin rifahını
səciyyələndirən göstəricilərdə də yüksək artım dinamikası müşahidə edilmiş, 2003-cü illə müqayisədə 2008-ci
ildə əhalinin gəlirləri 4 dəfə artmışdır. Bu dövrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı 3,5 dəfə artaraq
inflyasiya səviyyəsini 1,7 dəfə üstələmiş və 268 manata çatmışdır. 2008-ci ilin sentyabrından minimum əmək
haqqının və pensiyanın minimum məbləğinin həddi 75 manata çatdırılmışdır. 2003-cü ildə ölkə əhalisinin
təxminən 45 faizi yoxsulluq şəraitində yaşayırdısa, 2008-ci ilin sonuna bu kateqoriyaya əhalinin yalnız 13,2
faizi aid olunur.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin
hakimiyyəti illərində büdcə gəlirləri 4 dəfədən çox artıb. Dövlətin büdcə siyasətinin ən mühüm özəlliyi ondan
ibarətdir ki, hökumət vəsaitlərin 65-70 faizini sosial proqramların icrasına, xüsusilə əhalinin sosial-iqtisadi
təminatının yaxşılaşdırılmasına sərf edir.
Ulu öndərimizin siyasi-iqtisadi kursunun onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla
yerinə yetirilməsini biz hər an görürük. Son vaxtlar dünya ölkələrinin iqtisadi böhran keçirməsi göz önündədir.
Ancaq cənab İlham Əliyev bu böhranın Azərbaycan xalqına təsirsiz ötüşəcəyini bəyan edərək Nazirlər
Kabinetinin 2008-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclasındakı
nitqində inamla demişdir: "Düzdür, indiki zamanda-dünyada maliyyə böhranı hökm sürdüyü bir zamanda, bəlkə
də bir çox ölkələrdə bu barədə fikirləşirlər. Amma mən hesab edirəm ki, biz öz siyasətimizi bundan sonra da bu
istiqamətdə aparmalıyıq. Bizim siyasətimizdə heç bir dəyişiklik olmamalıdır. Bir də demək istəyirəm ki, dünya
maliyyə böhranı Azərbaycandan yan keçibdir. Biz bütün tədbirləri görmüşük ki, bu böhranlı vəziyyətə
düşməyək”.
Təbii ki, bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasi-iqtisadi kursunun onun
layiqli davamçısı hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin əyani
sübutudur.
Hikmət Kərimov
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini
Hikmət Kərimov
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini