Respublikaçılar Partiyasından ABŞ Prezidentliyinə namizəd Donald Trampın müşaviri rus məmurlarla Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasını müzakirə edir.
Axar.az xəbər verir ki, bu haqda məlumatı etibarlı mənbələr "Yahu” nəşrinə verib.
Verilən məlumata görə, Trampın köməkçisi olan amerikalı biznesmen Karter Peyc Rusiyanın yüksək rütbəli məmurları ilə görüş keçirib.
Onların Donald Tramp prezident seçilərsə, Rusiyaya tətbiq olunan sanksiyaların aradan qaldırılacağı haqda razılığa gəldiyi bildirilir.