ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ-ın Hyuston şəhərində azərbaycanlı və erməni icmalarının nümayəndələri ilə görüşüb. Sabahinfo.az-ın "Azərtac”a istinadən verdiyi məlumata görə, Azərbaycan icması ilə görüş Azərbaycan Mərkəzində baş tutub. Əvvəlcə diplomat Azərbaycan mədəniyyətini əks etdirən eksponatlar və Azərbaycanın Qarabağ bölgəsinin incəsənət nümunələri ilə tanış olub. Daha sonra C. Uorlik icma nümayəndələri ilə söhbət edib.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli, Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının pozulması, Ermənistan ordusu tərəfindən Azərbaycan torpaqlarının işğalı, Madrid prinsiplərinin detalları ətrafında fikir mübadiləsi aparılıb. Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməsi, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün şərait yaratmasının vacibliyi qeyd olunub.
Azərbaycan icma nümayəndələri münaqişənin tez bir zamanda beynəlxalq hüquq və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmazlığı prinsipləri çərçivəsində həllinə ümid bəslədiklərini ifadə ediblər.