Proqnoz tapşırığına 103,2% əməl edilib.
Bu ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 683 milyon 536,5 min manat vəsait daxil olub. Bu da ötən ilin anaoloji dövrü ilə müqayisədə 165 346,2 min manat yaxud 5,8% azdır.
Bu barədə Vergilər Nazirliyindən Oxu.Az-a bildirilib.
Bununla da proqnoz tapşırığına 103,2% əməl edilib. Hesabat dövründə 44 min 961 vergi ödəyicisi qeydiyyata alınıb.