Təxminən ayyarım öncə Maliyyə Nazirliyi müzakirə məqsədilə 2017-ci
ilin büdcəsi ilə bağlı qanun layihəsini və icmal büdcəyə dair təqdimatı
öz saytında yerləşdirmişdi.
Maliyyə Nazirliyi bu gün ölkə
Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş "Azərbaycan
Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və
2017-ci il dövlət və icmal büdcələrinin layihələrini yenilənmiş
variantını ictimaiyyətə təqdim edib.
sabahinfo.az-ın məlumatına görə, büdcə zərfinin yeni təqdimatı zamanı məlum olub ki, sözügedən sənədlərdə bəzi dəyişiklik edilib.
İqtisadşı
ekspert Rövşən Ağayev 2017-ci ilin büdcəsi ilə bağlı qanun layihəsinin
və icmal büdcənin köhnə variantı ilə yenilənmiş versiyanı müqayisə
edərək əsas dəyişiklikləri müəyyənləşdirib. Bunlar şağıdakılardır:
Azaldılan xərclər:
1) Dövlət borcuna xidmət xərcləri -127 milyon manat;
2) Elm xərcləri - 6.8 milyon manat;
3) Naxçıvana dotasiya -11 milyon;
4) Hüquq müfafizə xərcləri - 19 milyon manat;
5) Təhsil xərcləri - 126 milyon manat;
6) Səhiyyə xərcləri - 30.4 milyon manat;
7) Sosial müdafiə xərcləri - 64.7 milyon manat;
8) Mədəniyyət-incəsənət xərcləri - 19.5 milyon manat;
9) İdman xərcləri - 201 milyon manat;
10) Kənd təsərrüfatı xərcləri - 305.5 milyon manat.
11) Sahibkarlığa dəstək - 102 milyon manat;
12) Əsas bölmələrə aid edilməyən xidmətlər - 633.3 milyon manat.
Artırılan xərclər
1) Müdafiə xərcləri 1.027 milyard manat
2) Tikinti xərcləri - 639 milyon manat;