2017-ci ilin təhsil və səhiyyə xərcləri bəlli olub.
sabahinfo.az-ın xəbərinə görə, bu barədə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi” layihəsində bildirilib.
Layihəyə əsasən, gələn ilin dövlət büdcəsindən səhiyyə və təhsil xərcləri artırılıb.
Gələn il üçün Səhiyyə Nazirliyinə 2 111 158 manat vəsait ayrılacaq. 2016-cı ildə isə səhiyyə xərcləri 1 876 023 manat olub. Bu isə 2016-cı il ilə müqayisədə 235 135 manat çoxdur.
Təhsil Nazirliyinə 2017-ci ildə 9 292 955 manat ayrılıb. 2016-cı ildə isə bu rəqəm 8 210 634 manat olub.
2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 1 082 321 manat çoxdur.