"ABŞ-ın rəhbərlik etdiyi koalisiya terrorçuları dəstəkləyir" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada İŞİD də daxil olmaqla terror qruplaşmalarına dəstək verməsini təsdiqləyən dəlillərin olduğunu bəyan edib.

sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, Ərdoğan koalisiya qüvvələrinin İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmədiyini qeyd edib.  
 
"Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma hazırda onlar İŞİD, PYD, YPG-də daxil olmaqla digər terror qruplaşmalarına dəstək verirlər. Bu gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var", - deyə Ərdoğan qeyd edib.