"Hәr hansı tәşkilat, o cümlәdәn ATӘT suveren, müstәqil dövlәtlәri nәyəsә vadar edә bilmәz”.
APA-nın xəbərinə görə, bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta ATӘT kimi nüfuzlu tәşkilatın 20 ildәn çox davam edәn Dağlıq Qarabağmünaqişәsini hәll edә bilmәmәsi barədə suala cavabında deyib. O bildirib ki, ATӘT müharibә sonrası ölkәlәr üçün sülh vә rifah naminә әsas baza prinsiplәrini müәyyәn edib: "Bunların arasında әrazi bütövlüyü, güc tәtbiq etmәmәk vә güc tətbiqi ilə hәdәlәmәmәk, öz müqәddәratını tәyinetmә prinsiplәri var. Burada iqtisadiyyat, insan haqları vә tәhlükәsizlik sahәlәri üzrә dә mәsәlәlәr əksini tapıb. Bu tәşkilat çәrçivәsindә ATӘT-in Minsk Qrupu hәmsәdrlәri iki ölkәni bir araya gәtirmәyə, sülh yolu ilә nizamlanma istiqamәtindә irәlilәyiş әldә etmәyә çalışırlar. Bu tәşkilat münaqişәnin nizamlanma çәrçivәsini müәyyәn edir. Bu struktur olmadan biz әsrin әvvәlindәki vәziyyәtә qayıda bilәrik. Mәhz bu baxımdan tәşkilatın әhәmiyyәti bir daha diqqәtә çatdırılır”.