"Azərbaycan regionda ən güclü dövlətdir"

"Ümumiyyətlə Ermənistanın Azərbaycandan ciddi narahatçılıq keçirməsinə başlıca səbəb odur ki, Azərbaycan qərar versə ki, öz ərazisində anti-terror əməliyyatı keçirsin bu zaman sərhədlərimiz sperataçılardan tam təmizlənə bilər”.


Sabahinfo.az xəbər verir ki, bu fikirləri SİA-ya millət vəkili Rövşən Rzayev Azərbaycanda ilk dəfə olaraq keçirilən gecə təlimlərinə və bundan Ermənistanın ciddi narahatlıq keçirməsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanda olan inkişaf və qüvvə Ermənistanda yoxdur: "Həmçinin Azərbaycan silahlı qüvvələrinin müasirləşməsi, beynəlxalq standartlara cavab verən silah-sursatla tam təchiz olunması işğalçı ölkədə yox dərəcəsindədir. Onlar işğalçı olduğuna görə, bu kimi məcburiyyətləri də gözləri önünə alırlar. Azərbaycan öz torpaqlarını gec-tez geri qaytaracaq. Yaxşı olardı ki, biz bunu sülh yolu ilə həll edək. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü tez bir zamanda həll edəcək. Bu mənada Azərbaycan həm gündüz, həm də gecə hərbi təlimlər keçirməklə öz gücünü daha artırır. Azərbaycan regionda ən güclü dövlətdir”.