Filippinin prezidenti Rodriqo Duterte amerikalı həmkarı Donald Trampı "praqmatik mütəfəkkir" hesab edir.
Bu haqda Star Philippin qəzeti xəbər verib.
"Tramp - realist və praqmatik mütəfəkkirdir". Bunu Duterte şənbə günü Qətərin paytaxtı Dohada Filippin diasporunun nümayəndələri qarşısında çıxışı zamanı deyib.
Filippin prezidenti, həmçinin hesab edir ki, Тramp axmaq adam olsaydı o milyonçu olmazdı, o: "Belə görsənməsə də, Тramp müdrik insandır". Dutertenin fikrincə, bununla amerikan lider ona oxşayır.
Trend