"Bu erməni diasporunun işidir"

"İlk növbədə bu məsələlərə erməni diasporasının təsiri vardır”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Avropa Siyasəti Araşdırmaları Mərkəzinin bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarını boykot etməsi çağırışına münasibət bildirərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, Azərbaycana qarşı kənardan hansısa addımlar varsa, orada mütləq şəkildə erməni diasporasının "barmağı” var: "Digər tərəfdən bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları bütün təşkilatı məsələlər öz həllini tapıb. Artıq orada iştirak edcək dövlətlər və idmançılar müəyyənləşdirilib. Belə olan təqdirdə bunu baykot etmək qeyri-mümkündür. Hətta deyərdim ki, Oyunların başlanmasına sayılı günlər qalıb. Bunun qarşısını cılız fikirli insanlar, qurumlar, mərkəzlər ümumiyyətlə heç kim ala bilməyəcək. Heç şübhəsiz ki, Avropa tarixində ilk dəfə olaraq sözügdən bu olimpiya oyunları çox yüksək səviyyədə keçəcək. Bir sözlə, dünyada Azərbaycan brendləri və standartları addım atacaq”.