"Yeni film təklifi almışam, çəkilişləri noyabrda başlayacaq. Bu haqda geniş danışmaq istəmirəm, düşər-düşməzi olur".
sabahinfo.Az axşam.az-a istinadən bildirir ki, açıqlamasında əməkdar artist Hüsniyyə Mürvətova deyib.
Aktrisa xanəndə Bülbülcan haqqında filmdə canlandırdığı Xurşudbanu Natavan ovrazından bəhs edib:
"Bu obrazı bədii sənətli filmdə canlandırmışam. Heydər Əliyev Fondunun və Muğam Mərkəzinin təşəbbüsü ilə çəkilən ekran işi noyabrda təqdim olunacaq".
H.Mürvətova hazırda heç bir ekran işində çəkilmədiyini bildirib:
"Dublyajdan və teatrdan aldığım maaşla dolanıram. Əvvəlki illərə nisbətən dublyaj da azalıb. İki telekanalla əməkdaşlıq edirəm: AzTV və ATV.
Serial təklifi almıram. Əgər olunsa, yaradıcı heyətə və qonorara baxıb qərar verərəm. Amma seriallarımız arasında rəqabət olduğunu görürəm. İçlərində bəyəndiklərim də var".