Tanınmış ifaçı Vasif Məhərrəmli borcu olan müğənniləri tənqid atəşinə tutub.BiG.AZ məlumat verir ki, ifaçı açıq-aşikar deyib, ki, tanınmış ifaçının borclu kimi qələmə verilməsi, külli miqdarda borcunun olması yaxşı hal hesab olunmur. ATV kanalında yayımlanan "10-dan sonra" verilişində müğənni Günay İbrahimlinin ipoteka ilə 300 minlik ev alması xəbərindən danışılıb. Məsələyə münasibət bildirən V. Məhərrəmli belə qeyd edib:
"Tanınmış ifaçının borcu varsa, bu yaxşı iş deyil, nə bilim vallah. Bu məsələ ilə bağlı keçən il bizim evdə çəkiliş oldu, Günay mənə dedi ki, qonşu olacağıq. Kreditlə ev almaq, borc sayılmır. Burada təsvişə ehtiyac yoxdu. Amma yorğana görə, ayaq uzatmaq lazımdır. Günayın hələ vaxtına var ki, lap bahalı avtomobil sürsün".