Bu gün Ukrayna prezidenti Petr Poroşenko və Almaniya kansleri Anqela Merkel arasında telefon danışığı olub.
sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti bildirib.
Tərəflər Minsk razılaşmalarının yerinə yetirilməsi məsələsini müzakirə edib, regionda vəziyyətin pisləşməsini qeyd ediblər.
"Tərəflər həmçinin münaqişəsinin həllinə dair "yol xəritəsi" layihəsinin
hazırlanmasını müzakirə edib, noyabrın sonunda "Normand dördlüyü"
(Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin görüşünün
keçirilməsinə dair razılığa gəliblər", məlumatda deyilir.