Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan prezidenti İlham Əliyev cəbhəyanı rayonlara səfər edib. Ölkə başçısı səfər zamanı hərbçilərə baş çəkib, yerli sakinlərə görüşüb. Prezident, həmçinin erməni işğalı nəticəsində dağılan evlərə baxış keçirirək yerli sakinlərin qarşısında çıxış edib.
Ali Baş Komandan cəbhə bölgəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox mühüm tezislər səsləndirib. Azərbaycan prezidenti vurğulayıb ki, Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır.
Prezident qeyd edib ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu və döyüş mövqelərimizin daha da möhkəmləndiyini deyən prezident İlham Əliyev dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin özünü doğrultduğunu vurğulayıb.
Prezidentin cəbhə bölgəsinə səfərini şərh edə nmillət vəkili, politoloq Elman Nəsirovunfikrincə, ölkə başçısının səsləndirdiyi tezislərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan münaqişənin həlli ilə bağlı sülh prosesinə hər zaman sadiqdir:
"Düşmən tərəf zəifliyinin göstəricisi olaraq, daha çox dinc əhalini, yaşayış məntəqələrini seçir. Bu, birbaşa onun təsdiqidir ki, düşmən ordumuzla üz-üzə dayana bilmir. Erməniləri özlərini terrorçu kimi aparır və əliyalın, dinc əhalini hədəf alır. Ermənistandan fərqli olaraq Azərbaycanın bu məsələdə mövqeyi dəyişməzdir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiq qalıb və işğal altındakı ərazilərimizin geri qaytarılması ilə bağlı qətiyyətli siyasətini davam etdirəcək.
Hazırki situasiyaya görə məsuliyyət Ermənistanın, havadarlarının və beynəlxalq ictimaiyyətin üzərinə düşür. Ən böyük məsuliyyyəti ATƏT-in Minsk qrupu daşıyır.
Dünənki çıxışında ölkə başçısı ictimaiyyət nümayəndələrini əmin etdi ki, mütləq ərazi bütövlüyümüz təmin olunacaq və bunun üçün bütün imkanlar var”.
E.Nəsirov bildirib ki, prezidentin səfəri erməni terrorizminin beynəlxlaq ictimaiyyətin diqqətinə çatdırılması baxımından çox əhəmiyyətlidir: "Ermənistanda terror dövlət səviyyəsində həyata keçirilir.Bugünki reallıq, danışıqların bərpa edilməməsinə görə Sarkisyan rejimi böyük məsuliyyət daşıyır. Amma Sarkisyanın danışıqlara getməməsini tələb edən, müqavimət göstərən qüvvələr sırasında Ermənistan parlamentində təmsil olunan terrorçu "Daşnaq sütyun” partiyası ön sıradadır”.
Millət vəkili Aqil Abbashesab edir ki, ölkə başçısının cəbhəyanı rayonlara səfəri dünyaya ciddi mesajdır: "Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə cəbhə bölgəsinə səfərlər edib. Bu səfər son hadisələrlə yerində tanış olmaq xarakteri daşıyır. Ölkə başçısının cəbhə xəttinə səfəri əsgərlərə, zabitlərə, cəbhəyanı bölgədə yaşayan sakinlərə ruh yüksəkliyi verir. İnsan atasını görəndə necə qürrələnirsə, hərbçilər də Ali Baş Komandanı görən zaman qürrələnirlər, onların ruh yüksəkliyi artır”.
Deputatın fikrincə, prezidentin cəbhə bölgəsindən verdiyi mesaj təkcə Ermənistana ünvanlanmayıb, onların havadarları da öz paylarını götürürlər.
"Məgər Ermənistan var? Biz onlarla vuruşuruq? Azərbaycan ordusu erməniləri bir həftəyə İrəvana qədər qovub çıxarar. Ölkə başçısı dünyaya mesaj verdi ki, Azərbaycan torpaqlarının bir qarışından belə imtina etməyəcək”.
azvision.az