FETÖ lideri Gülən Misir televiziyasına müsahibə verib.
Sabahinfo.az xəbər verir ki, Mursi hökumətinin devrilməsindən sonra Türkiyə ilə münasibətləri gərginləşən Misirin hərbi rəhbərliyi Ankaranın əleyhinə siyasətini davam etdirir.
Türkiyədə baş vermiş çevriliş cəhdindən sonra FETÖ liderini tez-tez gündəmə gətirən Misir bu dəfə ən çox izlənən kanallarından biri vasitəsi ilə Güləndən geniş müsahibə götürüb.
Misirin ən populyar kanallarından olan "Əl-Ğad" telekanalına müsahibə verən Gülən Ərdoğanın əleyhinə fikirlər səsləndirib.
Ərdoğanın artıq heç kimi saymadığını deyən Gülən Qərb ölkələrini Türkiyədəki hakimiyyəti tez bir zamanda devirməyə çağırıb.