"Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər"

Yaxın bir neçə gün ərzində Rusiya və Suriyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edilə bilər.sabahinfo.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri Londonda keçirdiyi mətbuat konfransında bəyan edib.

 

"Biz əlavə sanksiyaların tətbiqini müzakirə edirik, prezident Obama da müxtəlif variantları nəzərdən keçirir. Düşünürəm ki, yaxın bir neçə gün ərzində məsələyə aydınlıq gətiriləcək", - deyə C.Kerri bildirib.

 

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Conson da bildirib ki, ABŞ və Böyük Britaniya Hələbdəki vəziyyətə görə Suriya və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər.