"Ukraynaya prezident postu lazım deyil"

"Batkivşina” partiyasının lideri YuliyaTimoşenko bəyan edib ki, Ukraynada prezident postuna ehtiyac yoxdur.

sabahinfo.az Ukrayna mediasına istinadən bildirir ki, o, televiziyadakı çıxışında prezidentin postunun ləğvinə müsbət yanaşdığını söyləyib.

O, eyni zamanda prezidentlik ambisiyasından da imtinaetmir.

"Mən Ukraynanı dəyişmək istəyirəm.Əgər bunun üçün vasitə lazımdırsa (prezident postu) mən bundan istifadə edəcəyəm”, - Timoşenko vurğulayıb.

 

Xanım siyasətçi dövlət başçısı seçkilərində qalib gələcəyi təqdirdə xalqdan qanunsuz alınan hər şeyi qaytarmağa, yeni Konstitusiyanın qəbuluna hazır olduğunu da deyib.

"Mən dövlətdə qayda-qanun yaratmaqla məşğul olardım”, - Timoşenko əlavə edib.