Cari ilin yanvarın 1-ə olan məlumata görə, 39 880 vergi ödəyicisinin dövlət büdcəsinə 1 milyard 409 milyon 370,7 min manat, 1 aprel tarixinə isə 41 352 vergi ödəyicisinin 1 milyard 016 626,0 min manat məbləğində vergi borcu olub.
Vergilər Nazirliyindənverilən məlumata görə, cari ilin 1-ci rübü ərzində 35 542 sayda vergi ödəyicisinin 251 086,4 min manat məbləğində borcu yaranıb, 34 070 sayda vergi ödəyicisinin 643 831,1 min manat məbləğində borcu ləğv edilib.
"Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanuna uyğun olaraq, 69 329 vergi ödəyicisinin 728 milyon 83,1 min manat məbləğində borcu qeyd-şərtsiz olaraq silinib.
Bundan əlavə, Qanunun 2.2-ci və 3-cü maddələrinə əsasən ilin yanvar-mart ayları ərzində edilmiş 8 013,1 min manat ödəniş müqabilində 4 428 vergi ödəyicisinin 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borclarının 13 milyon 760,9 min manatı silinib.