Baba Vəziroğlu QHT-nin tədbirində fəxri qonaq qismində iştirak edib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı layihə çərçivəsində Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olan məktəbli uşaqlarla növbəti görüş keçirildi. Görüşə əməkdar incəsənət xadimi, dəyərli şairimiz Baba Vəziroğlu fəxri qonaq qismində qatıldı.