ABŞ-da Ramazan tədbirlərindən imtina edildi

ABŞ Dövlət Departamenti Ramazan ayı ilə bağlı tədbirlərdən imtina edib.

Dövlət katibi Reks Tillerson ona təqdim olunan müvafiq sorğunu rədd edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentində Ramazan ayı ilə bağlı tədbirlər 1999-cu ildən etibarən təşkil edilir. Bu ənənənin əsasını Madlen Olbrayt qoyub. Bundan sonrakı illərdə Demokrat və Respublikaçılar partiyasının nümayəndələri bu ənənəni daim davam etdiriblər. Dövlət Departamentində iftar süfrəsi təşkil edilib və yaxud müqəddəs ayın bitməsi ilə əlaqədar qəbul keçirilib.

azvision.az