ABŞ-da rus casusları tutuldular

ABŞ polisi Denver şəhərində Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən iki şəxsi saxlayıb.

Sabahinfo.Az azvision.az-a istinadən bildirir ki, saxlanılan şəxslər 27 yaşlı Aleksey Barışevvə 33 yaşlı Dmitri Karpenkodur. Onlar Rusiya vətəndaşlarıdır. 

ABŞ prokurorluğunun məlumatına görə, bu şəxslər lisenziyalaşdırma sistemindən keçməməklə texnoloji olaraq ən yeni mikroelektronikanı ABŞ istehsalçılarından və tədarükçülərindən alaraq Rusiyaya idxal etməyə çalışıb.

Rusiya prezidenti Vladimir Putinin mətbuat köməkçisi Dmitri Peskov xəbəri şərh eləməkdən imtina etdi.