ABŞ-da növbəti dəfə silahlı insident qeydə alınıb. sabahinfo.az saytı xarici mediya istinadən xəbər verir ki, bu dəfə silahlı insident Florida ştatının Fort-Loderdeyl şəhərində baş verib.
Məlumata görə, naməlum şəxsin hava limanında açdığı atəş nəticəsində azı 5 nəfər ölüb. İnsident zamanı 9 nəfər yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun adı və motivləri hələ ki, açıqlanmır.