Rusiya, Türkiyə və İran XİN-in rəhbərlərinin görüşündən sonra Suriyada atəşkəs barədə danışmaq tezdir.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.
"Fikirləşirəm ki, bu barədə danışmaq hələ tezdir", - Kirbi deyib.
Nümayəndə əlavə edib ki, Kerri Lavrovla və Çavuşoğlu ilə telefon danışığı aparıb və onlar aparılan danışıqlar barədə ona məlumat veriblər.