ABŞ-ın ikinci adamı Türkiyədədir

ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə bir günlük rəsmi səfəri başlayıb.

 

Sabahinfo.az-ın məlumatına görə, Bayden artıq Ankaradadır.

Maraqlısı budur ki, Baydenin Ankaraya səfəri Türkiyə ordusunun Suriyada İŞİD-ə qarşı əməliyyat keçirdiyi günə təsadüf edib.

 

Vitse-prezident səfər çərçivəsində ilk olaraq Türkiyə Böyük Millət Məclisinə gedəcək və burada sədr İsmayıl Qəhrəmanla görüşəcək.

 

Bayden bunun ardından baş nazir Binəli Yıldırımla müzakirələr aparacaq. Səfər çərçivəsində son görüş isə prezidentlik sarayında Ərdoğanla keçiriləcək.