ABŞ Kubaya qarşı sanksiya rejiminin yumşaldıldığını elan edib. sabahinfo.az saytı xarici mediaya istinadən xəbər verir ki, iki ölkə arasında pul köçürmələrinin, alkoqollu, həmçinin bir sıra başqa malların ixracı əhəmiyyətli dərəcədə asanlaşdırılıb.
Amerika hakimiyyətinin məlumatına görə, humanitar ehtiyaclarla, səyahətlərlə və təhsillə bağlı pul köçürmələrinə məhdudiyyətlər yumşaldılıb.
Bundan başqa, istehlak mallarının, alkoqollu məhsullar da daxil olmaqla, qida və yüngül sənaye məhsullarının da ixracı əhəmiyyətli dərəcədə sadələşdirilib.