"Qərb dövlətləri Türkiyəyə qarşı siyasi həmlələrinin saytını artırıb”. ABŞ Dövlət Departamentinin rəsmisi Mariya Arfın qondarma "erməni soyqırımı” ilə bağlı Türkiyə əleyhinə səsləndirdiyi fikirlərə "Olaylar”a münasibətini bildirən politoloq Qabil Hüseynli belə deyib. Əsas həmlənin Roma Papası Fransis tərəfindən edildiyini deyən Q.Hüseynli qeyd edib ki, Vatikan rəhbəri digər Qərb dövlətlərinə çox pis nümunə verib. Politoloq Fransisin qondarma soyqırımla bağlı səsləndirdiyi fikirlərin Qərbdə rezonansa səbəb olduğunu deyib: "Erməni lobbisi də bu məsələdə böyük rol oynayır. Qərb tərəfindən qondarma soyqırımın qəbul edilməsi üçün erməni lobbisi və Ermənistan hakimiyyəti xüsusi canfəşanlıq edilər. Ermənilər Qərbin dəstəyini almaqla məsələni beynəlxalq məhkəməyə çıxarmaq niyyətindədir. Bununla həmçinin Türkiyədən təzminat almaq istəyirlər”. Qabil Hüseynli ABŞ-ın məsələyə münasibətinə də toxunub. O, ABŞ Prezidenti Barak Obamanın ənənəvi 24 aprel çıxışında "soyqırım” sözünü işlətməyəcəyi qənaətindədir. "7 ildə bu sözü işlətməyən Obama 8-ci ildə bu sözü işlədib iki dövlət arasında düşmənçilik yaratmayacaq. Düzdür, papanın fikirləri ABŞ-dakı müəyyən siyasi dairələr tərəfindən dəstəklənir. Amma Obamanın qondarma soyqırımı tanımaqla, Türkiyə kimi strateji müttəfiqini incitməsi inandırıcı deyil. Amerika ermənilərin oyununa getməyəcək” – deyə Q.Hüseynli vurğulayıb. ("OLAYLAR" İA)