ABŞ ordsusunun qərargah rəisi general Mark Milli bəyan edib ki, gələcəkdə Rusiya və Çinlə genişmiqyaslı müharibə faktiki olaraq qaçılmazdır. sabahinfo.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirlər Vaşinqtonda ABŞ Ordusu Assosiasiyasının illik konfransında səsləndirilib.
"Mən çox aydın şəkildə demək istəyirəm ki, kim bizə zərər vermək istəyərsə... Bütün problemlərinizə, bizim nə etdiklərinizə baxmayaraq, biz sizi dayandıracağıq və sizə elə zərbə endirəcəyik ki, sizi heç vaxt belə vurmayıblar”, - Milli deyib.
General-mayor Uilyam Hiks isə qeyd edib ki, yaxın gələcəkdə adi silahlardan istifadə ilə başlancaq istənilən münaqişə böyük qurbanlara gətirib çıxaracaq və onu öz istəyinizlə dayandırmaq mümkün olmayacaq.
Hiksin sözlərinə görə, Rusiya və Çinin hərbi quruculuq sahəsindəki uğurları və yeni texnologiyaların yaradılması Ağ evi genişmiqyaslı müharibəyə hazırlaşmağa vadar edib.