Keçmiş müsavatçı, ADR Hərəkatının həmtəsisçilərindən Səxavət Əlisoy müxalifət liderlərinə qarşı ittihamlar səsləndirib
ADR Hərəkatının nümayəndəsi bəyan edib ki, heç bir müxalif partiyada tənqid gözə dəymir, çünki əks halda tənqidçinin partiyada duruşu mümkün deyil: "Liderin sadiq qulbeçələri dərhal tənqid səsləndirən şəxsi partiyaya xəyanətdə suçlayır. Kimsə misal göstərə bilərmi ki, lideri tənqid etdiyinə görə filan müxalifətçi yüksək görəvdə qalmaqda davam edir, yaxud tənqid edəni partiyada düşmən elan etməyiblər? Eynən orta əsr xəlifələri kimi özlərini hiss edirlər”.
S.Əlisoy qeyd edib ki, müxalifəti nüfuzdan salan ikinci amil yalandır: "Hər seçkidən-seçkiyə ”biz gəlirik" və sair bu tipli yalan tirajlayanların cəmiyyətdən dəstək alması mümkün deyil. Liderlərə sadiq qəzetlər, internet səhifələri isə liderlərin xislətinə, mahiyyətinə, zehniyyətinə uyğun olaraq qeyri-ciddi, əsası olmayan yalanları tirajlamaqla müxalifəti daha da nüfuzdan salmaqdadır. Cəmiyyətə yalan sıramaq olmaz. Çünki yalan yalnız bumeranq effekti verir".
ADR Hərəkatının nümayəndəsi hesab edir ki, bu liderlər siyasi səhnədən çəkilməlidir: "Özünə, məninə hörmət qoyan kəs çəkilər. Meydana yalandan uzaq olan, populizmi qəbul etməyən, praqmatik düşüncəyə, ciddi məntiqə sahib siyasi liderlər gəlməlidir. Bu, nə qədər ki, baş verməyib, müxalifətin uğur qazanacağı barədə düşünməyə dəyməz”.
Bu arada, Müsavatda hazırda ADR Hərəkatından olan deputatlığa namizədlərin rədd edilməsi davam edir. Partiya rəhbərliyi ilk olaraq Vurğun Əyyubdan başlayıb. Suraxanı təşkilatı Əyyubun namizədliyini irəli sürsə də, partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyası bu qərarı ləğv edib. Ancaq ötən gün partiyanın Suraxanı rayon təşkilatı yenidən partiya məclisinin sabiq üzvü Vurğun Əyyubun deputatlığa namizədliyini irəli sürüb. Rayon təşkilatının sədri Rövşən Dəmirli deyib ki, aprelin 26-da rayonun şura iclası keçirilib: "İclasda Vurğun Əyyubun da deputatlığa namizədlik məsələsi müzakirə olunub. Müzakirələrin sonunda şura tərəfindən V.Əyyubun namizədliyi 30 saylı Suraxanı birinci seçki dairəsindən irəli sürülüb”.
Görünən budur ki, Müsavat MNTK-sı bu qərarı yenidən ləğv edəcək. Çünki yaxın günlərdə Mehman Cavadoğlunun, Adil Qeybullanın və daha bir neçə ADR Hərəkatının üzvünün partiyanın müxtəlif rayon təşkilatlarından namizədliyi irəli sürüləcək.
ADR Hərəkatının digər üzvü Vüqar İsmayılov isə Müsavat Məclisinin üzvü Mustafa Hacıbəylini kəskin tənqid edib. Hacıbəylini yüngül xasiyyətli şəxs kimi xarakterizə edən Vüqar İsmayıl hesab edir ki, Məclis üzvü yetənə bir daş atır: "Bu adam Müsavatda Qubad İbadoğlunu dəstəkləyənləri qubadistlər adlandırır, Vurğun Əyyuba deyir ki, siyasət sənlik deyil. Halbuki Vurğun Əyyub siyasətə qoşulanda Hacıbəyli Zaqatalada məişət və ya fermer işləri ilə məşğul olurdu. Qubad İbadoğlunun bildiklərini isə Mustafa Hacıbəyli 30 ildən sonra da bilməyəcək”.
demokratiya.az