ABŞ Prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə olaraq Ağ Evin yaşayış hissəsinin görüntülərini yaymağa icazə verib. sabahinfo.az saytı xarici mediaya istinadən xəbər verir ki, prezident ailəsinin yaşadığı evin fotolarını çəkməyə "Architectural Digest" jurnalına icazə verilib.
Nəşr yazır ki, Ağ Evin ikinci mərtəbəsində prezident ailəsi üçün ayrılmış hissə 2008-ci ildə, seçkilərdən dərhal sonra dekorativ təmir edilib. Təmirə bilavasitə birinci xanım Mişel Obama nəzarət edib. Yeni dekorasiyada Obama ailəsinin zövqü nəzərə alınsa da, tarixi stil qorunub.
Otaqların birində 1898-ci il İspaniya-Amerika müharibəsinin sona çatması barədə müqavilənin imzalandığı anı əks etdirən şəkil asılıbsa, digərində 1978-ci il İsraillə Misir arasındakı Kemp-Devid anlaşmasının imzalandığı antik stol qoyulub.