Bakıda 1,5 kilometrlik yolda 25 çala yarandı - VİDEO

Jurnalist Tural Yusifov Hövsan qəsəbəsində rastlaşdığı problemlə bağlı video paylaşıb.

Sabahinfo.az xəbər verir ki, yaşadığı qəsəbənin yollarında yaranmış çoxsaylı çalaları sayan T.Yusifov 1.5 kilometrlik yolda 25-ə yaxın çalanın yarandığını deyib.

Hövsan-MİDA yolundakı vəziyyətlə bağlı narahatlığını ifadə edən jurnalist həmin çalaları zarafatla “dinozavr yuvası” adlandırıb və dövlət qurumlarına ritorik sual ünvanlayıb: “Görəsən Bakıda yağışla birgə nə yağır ki, yollar bu vəziyyətə düşür?!”

Qeyd edək ki, bir neçə gün davam edən intensiv yağışlardan sonra Bakının əksər küçə və prospektlərinin asfalt örtüyündə problemlər yaranıb. Paytaxtın inzibati ərazisinə daxil olan qəsəbələrdə bu problemlər daha çoxdur.