Yasamalda qonşular arasında kütləvi dava olub, xəsarət alan var.
XALQ.AZ -a daxil olan məlumata görə, hadisə ötən gün Yasamal rayonu Ələsgər Ələkbərov kücəsi 2/1 ünvaninda baş verib. Qadınlar arasında kiçik mübahisə kütləvi davaya çevrilib. 76 yaşlı Hüseynov Firudin İbrahim oglu və 71 yaşlı Hüseynova Xuramam Nəmət qizi qonşuları Mənmədov Kərim İbiş oglu, Əliyev Fərid Fikrət oglu və digərləri tərəfindən döyülüb. 76 yaşlı Hüseynov Firudinin səhhəti pisləşərək təcili yardıma müraciət olunaraq xəstəxanaya aparılıb. Yaşlı insanlara və ailəyə zorakılıq göstərələnlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Faktla bağlı Polis idarəsində araşdırma aparılır və lazımi tədbirlər görüləcəyi bildirilib.
Davanın video görüntüsü ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.
https://youtube.com/watch?v=UwHOzVgIpyg&feature=shared
