Yer üzündəki iqlimin son 1,5 milyon il ərzində necə dəyişdiyini təhlil etmək məqsədi güdən iddialı layihəyə start verilib. Avropa konsorsiumu dekabr ayında Antarktidaya elmi ekspedisiya göndərib oradakı buz qatında dərin buruq qazacaq. Məqsəd Antarktidanın buz qatının təxminən 3 kilometrlik dərinliyindən tədqiqat aparmaq məqsədi üçün buz nümunəsini əldə etməkdir.
Alimlər qədim zamanlarda Yer üzündə buzlaq dövrlərinin tez-tez dəyişməsinin səbəbini aydınlaşdırmağa ümid edirlər. Tədqiqatçılar hesab edirlər ki, araşdırmanın nəticələri müsair dövrdə iqlim istiləşməsinin nə miqyas ala biləcəyini müəyyən etməyə kömək edə bilər. "900 000 il bundan əvvəl nəsə baş verib - buzlaq dövrlərinin müddəti 40 000 ildən 100,000 ilədək dəyişib, səbəbini isə bilmirik", - Fransanın Grenoble şəhərindəki Ətraf Mühit Geologi Elmlər İnstitutundan doktor Catherine Ritz BBC-yə deyib. Doktor Ritz sözügedən layihəyə start verilən Avropa Geoloji Elmlər Baş Assambleyasında çıxış edib. Antarktidadakı quyunun Dome Concordia adı ilə tanınan Fransa-İtaliya elmi stansiyasından 40 km cənub-qərbdə qazılacağı bildirilib.