Antalyaya raket zərbəsi ilə bağlı 25 nəfər tutuldu

Türkiyə polisi Antalya-Kəmər magistral yoluna raket zərbələri endirməkdə şübhəli bilinən 25 şəxs saxlanılıb.

 

APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə,  əməliyyatlar İstanbul və Ankara daxil olmaqla ölkənin bir çox bölgəsində keçirilib. Saxlanılanların PKK terror təşkilatı ilə əlaqəli olduğu bildirilir.   Qeyd edək ki,  Antalya-Kəmər magistral yolu ötən gün raket zərbəsinə məruz qalıb. Dağlıq ərazidən dəniz istiqamətində atılan üç raket balıq emalı müəssisəsinə məxsus obyektlərə dəyib. İnsident nəticəsində xəsarət alan olmayıb.