Təkrar seçkilər 2016-cı ilin iyunun 18-nə təyin edilib.
AŞPA-nın Tallində keçirilən Büro iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərə müşahidəçilərin göndərilməsi ilə bağlı qərar qəbul edilib.
sabahinfo.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Twitter" səhifəsində yazıb.
"Büro yekdilliklə Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçilərin göndərilməsi ilə bağlı təklifi qəbul edib”, - deyə o bildirib.
Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilər 2016-cı ilin iyunun 18-nə təyin edilib.