Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.
Sabahinfo.az xəbər verir ki, nümayəndə heyətinə ispan deputat Xordi Xuklanın rəhbərlik edir.
30 müşahidəçidən ibarət nümayəndə heyəti Bakıda siyasi partiyalar, KİV və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək, onların seçki kampaniyası ilə bağlı fikirlərini öyrənəcək. Bundan başqa 1 noyabr parlament seçkisi günü nümayəndə heyəti ölkənin müxtəlif regionlarında səsvermənin gedişatını izləyəcək.
Səfər noyabrın 2-də AŞPA-nın nümayəndə heyətinin müşahidə missiyasının ilkin qiymətləndirilməsini təqdim edəcəyi mətbuat konfransı ilə sona çatacaq.