ATƏT "üçlüyü” Berlində Dağlıq Qarabağ və Donbas münaqişəsi zonalarındakı vəziyyəti müzakirə edib.
"RİA Novosti” xəbər verir ki, ATƏT "üçlüyü” və təşkilatın baş katibi Lamberto Zanyer tərəfindən yayılan bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında zorakılığa son qoyulması və Donbasda çalışan monitorinq missiyasının müşahidəçilərin təhlükəsizliyinin təmin olunmasına dair çağırış yer alıb.
Dağlıq Qarabağ münaqişəsi məsələsində "üçlük” münaqişə tərəflərini zorakılığa son qoymağa və atəşkəs rejiminə əməl etməyə çağırıb. "Üçlük” həmçinin münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıb.
Qeyd edək ki, "üçlüyə” ATƏT-ə sədrik edən ölkə, həmçinin təşkilatın ötən ilki və gələn ilki sədrləri daxildir. Hazırda Almaniya ATƏT-ə sədrik edir, ötən il Serbiya rəhbərlik edib, gələn il isə qurumun sədri Avstriya olacaq.
Görüşdə həmçinin ATƏT-in baş katibi Lamberto Zanyer iştirak edib.