ATV-nin hüquqşünas aparıcısı diplomla təltif edildi

Müvəkkil Hüquq Mərkəzi Azad Azərbaycan Televiziyasının aparıcısı, hüquqşünas Zülfiyyə Bayramovanı diplomla təltif edib.

Bu barədə Strategiya.az-a məlumat verən Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov bildirib ki, Zülfiyyə Bayramova bu diploma ATV-da "Qanunla Biz” verlişində günün aktual hüquqi məsəllərini işıqlandırdığı, hüquqi maarifçilik işinə dəstək verdiyi üçün layiq görülüb.