Bu gün Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Xanlar Fətiyev və Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin üzvü Asim Mollazadənin daxil olduğu Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Avstraliyaya səfəri çərçivəsində Sterlinq şəhərinin meri Covanni İtaliano ilə görüş keçirilib.
Görüşdə iqtisadiyyat, qarşılıqlı investisiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, hazırda Azərbaycanda iqtisadiyyatın inkişafının perspektivli istiqamətləri sırasında qeyri-neft sektoru və Avstraliya ilə bu sahədə təcrübə və texnologiya mübadiləsi hər iki ölkə üçün çox faydalı ola bilərdi.
Bununla yanaşı, görüş zamanı ölkələr arasında humanitar, mədəniyyət, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq müzakirə olunub.
Həmçinin, Qərbi Avstraliya parlamentinin deputatı Con Makqrat ilə görüş baş tutub.
C. Makqrat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti, bir milyondan çox azərbaycanlı qaçqının olması, Xocalı soyqrımı barədə məlumatlandırılıb.
Görüşdə Azərbaycan və Avstraliya arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.sabahinfo.az